Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 13:42

Saakaşvili Obamayla görüşüb


Vaşinqtonda ABŞ prezidenti Barack Obama Gürcüstan prezidenti Mixeil Saakaşvili arasında görüş olub.

Ağ evin məlumatına görə tərəflər Gürcüstanın iqtisadi inkişafını,ticarət dövriyyəsinin artırılmasını, Qafqazda təhlükəsizlik və Əfqanıstandakı beynəlxalq missiyanı müzakirə ediblər.

Hazırda Əfqanıstanda 900-dən çox gürcüstan əsgəri var.

Görüşdə Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden də iştirak edib.

ABŞ liderləri bir daha Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustunda Cənubi Osetiya münaqişəsindən sonra Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG