Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:01

Tunisin paytaxtında komendant saatı tətbiq edilib


Polis bu gün nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bu gün bir neçə şəhərdə baş vermiş toqquşmalarda azı 3 adam ölüb.

Ümumiyyətlə son günlər ölkədə baş vermiş toqquşmalarda 26 adam ölüb.

Hüquq müdafiəçiləri isə 50-ə yaxın adamın öldüyünü xəbər verirlər.

Etirazlara səbəb işsizliyin səviyyəsinin artması və ərzaqın bahalaşması olub.

Prezident Zin al Abdin Ben Əli daxili işlər nazirini vəzifəsindən azad edib və həbs edilmiş nümayişçilərin əksəriyyətinin azad edilməsini göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG