Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Qeyri-qanuni orqan transplantasiyasında günahlandırılan həkim həbs edildi



Türkiyənin Anadolu xəbər agentliyi bildirir ki, Kosovoda qanundankənar orqan transplantasiyası həyata keçirməkdə təqsirli bilinərək barəsində İnterpol tərəfindən axtarış elan edilmiş həkim Yusuf Erçin Sönməz İstanbulda həbs olunub.

Agentlik xəbər verir ki, polis Yusif Sönməzi İstanbulda dindirib.

Avropa Birliyinin prokuroru Jonathan Ratel Kosovoda ötən həftə dinləmə zamanı bildirib, bəzi xarici ölkələrdən gələn yoxsul adamlar yalan vədlər əsasında böyrəyini satmağa razılaşıb və qeyri-qanuni cərrahiyyə əməliyyatına təhrik ediliblər.

Ratel Yusif Dönməzi "aparıcı cərrah" kimi təsvir edib. O bildirib ki, cərrahiyyə əməliyyatları Kosovanın paytaxtında özəl klinikada aparılıb.
XS
SM
MD
LG