Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 09:48

Kabulda intiharçı bomba partladıb


Əfqanıstanın daxili işlər nazirliyi deyir ki, intiharçı bombaçının özünü partlatması nətisəsində Kabulda azı iki təhlükəsizlik əməkdaşı ölüb, dördü yaralanıb. Nazirliyin təmsilçisi Zemeri Bashary deyib ki, üstündə bomba olan intiharçı motoskletdə olub və Əfqanıstan təhlükəsizlik əməkdaşlarını daşıyan avtobusun yanında bombanı işə salıb. O, hadisənin detalları ilə bağlı bundan başqa heç nə deməyib.
Ötən ilin sentyabrından şəhər ətrafında hərbçilərdən ibarət "polad üzük" səddi çəkiləndən bəri Kabulda hücumlar nadir müşahidə olunur.
This item is part of
XS
SM
MD
LG