Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 18:37

ETA daimi atəşkəs elan edib


Bask separatçı qrupu ETA yanvarın 10-da daimi atəşkəs elan etdiyini bildirib. İspaniyada müstəqillik tərəfdarı “Gara” qəzetində çap olunan bəyantda təşkilatın buraxıldığı, yaxud hökumətin tələb etdiyi kimi silahlarını təvil verdiyi barədə heç bir şey qeyd edilmir.

İspaniyanın Daxili İşlər Naziri bildirib ki, atəşkəs elan edilməsi ETA-dan gözlədikləri hər şey deyil, amma necə də olsa, bu, pis xəbər də deyil.

ETA 2006-cı ildə də atəşkəs elan etmişdi. Amma hökumətlə danışıqlarda bir nəticə hasil olmamışdı.
1960-cı illərdən bu yana 800 nəfərdən çox adamın qətlində ittiham edilən bu qrupu İspaniya, Avropa Birliyi və ABŞ terrorçu təşkilat hesab edir.
XS
SM
MD
LG