Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 04:25

Sudanda müstəqilliklə bağlı referendum keçirilir

Bazar günü Sudanda ölkənin cənub bölgəsinin müstəqilliyi ilə bağlı referendum keçirilir.

Belə bir referendumun keçirilməsi 2005-ci ildə şimalla cənub arasındakı silahlı münaqişəyə son qoyan razılaşmada nəzərdə tutulub.

Ölkənin şimalında müsəlmanlar, cənubunda isə xristianlar üstünlük təşkil edir.

Dünən yaraqlılarla cənubi Sudan ordusu arasında baş vermiş toqquşmada azı 6 adam ölüb.

Sudan hökumətini yaraqlıları dəstəkləməkdə günahlandıran cənub, bölgənin müstəqilliyinə can atır.

Sudan prezidenti Ömər əl Bəşir referendumun istənilən nəticəsini qəbul edəcəyini bildirib.
This item is part of
XS
SM
MD
LG