Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:22

Benzinin qiyməti artacaqmı?


Tarif Şurasında ümumiyyətlə, benzinin qiymətini qaldırmaq müzakirə edilmir
Tarif Şurasında ümumiyyətlə, benzinin qiymətini qaldırmaq müzakirə edilmir
«Panorama» verilişində bu məsələ ətrafında İqtisadi İnkişaf Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev və «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikirləri ilə tanış ola bilərsiniz.

Bu müsahibələr ayrı-ayrılıqda götürülüb və onların qısa məzmununu sizə çatdırırıq.

«TARİF ŞURASI BENZİNİN QİYMƏTİNİ QALDIRMAĞI MÜZAKİRƏ ETMİR...»

Abbas Əliyev:

- Tarif Şurasında ümumiyyətlə, benzinin qiymətini qaldırmaq müzakirə edilmir. Yanvarın 7-də paytaxtın bəzi benzin doldurma məntəqələrində yaranan ajiotajın söykəndiyi şayiələrin heç bir əsası yoxdur.

- Abbas müəllim, Azərbaycan Dövlət Neft Şirkətindən Tarif Şurasına benzinin qiymətini qaldırmaqla bağlı hər-hansı təklif gəlibmi?

- Xeyr. Tarif Şurasına benzinin qiymətini qaldırmaqla bağlı hər-hansı təklif gəlməyib...

- Abbas müəllim, ola bilərmi ki, bu il ərzində Tarif Şurası bu məsələyə baxsın?

Mehman Əliyev
- Bir daha deyə bilərəm ki, Tarif Şurasının gündəliyində benzinin qiymətini qaldırmaq məsələsi yoxdur. Yayılan şayiələrin də heç bir əsası yoxdur...

«GÖRÜNÜR, BU DƏFƏ BUNA EHTİYAC GÖRMƏDİLƏR...»

Mehman Əliyev:

- Mən bu şayiələrə təbii yanaşıram. Bu şayiələr Tarif Şurasının, bütünlükdə hökumətin apardığı siyasətdən gəlir. Mən 2007-ci ilə qayıtmaq istəyirəm. Onda da yanvarın 7-də Tarif Şurası əhalini xəbərdar etmədən yanacağın qiymətini qaldırmışdı. Hətta onda prezident İsveçrədə idi. Şayiə yayıldı ki, orada prezident müsahibə verib ki, mən qayıdandan sonra benzinin qiymətini yenidən endirəcəm. Ancaq bu olmadı. Əslində, hökumətin siyasəti aydındır. Onlar əhalinin hesabına büdcəni doldurmaq və sonra da həmin vəsaitləri mənimsəmək istəyirlər. Görünür, bu dəfə buna ehtiyac görmədilər...

XS
SM
MD
LG