Araz Abdullayev artıq yay aylarından “Everton”un əsas heyətində meydana çıxacaq.
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov yanvarın 7-də Britaniyanın “Everton” klubunun rəsmiləri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. Bunu Everton klubu da təsdiqləyib.
Yanvarın 6-dan Bakıya gələn Everton rəsmiləri Araz Abdullayevin transferi məsələsini müzakirə ediblər.
T. Süleymanov bildirib ki, A. Abdullayev fevralın ikinci yarısından xüsusi məşq proqramı ilə “Everton” məşqçiləri tərəfindən hazırlanmağa başlayacaq.
Araz Abdullayevlə bağlanan müqavilənin uzun müddətli olduğunu desələr də, müqavilənin müddəti və məbləği açıqlanmayıb.
Britaniya klubunun baş katibi Devid Harrison deyib ki, onlar Araz Abdullayevi Azərbaycan-Şotlandiya oyununda görüblər və həmin vaxt oyunçunu almağa qərar veriblər.
Klubun İnkişaf departamentinin rəhbəri Con Mertok isə bildirib ki, A. Abdullayevdən başqa Azərbaycanın 15-18 yaşlı gənc futbolçularından bir neçəsi də “Everton”da məşq edəcək.