Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 18:39

«Biz Türkiyənin qapazaltısı olmayacağıq»


Aviqdor Liberman
Aviqdor Liberman
İsrailin xarici işlər naziri Liberman indiki Türkiyəni 31 il əvvəlki, şah dövrünün İranına bənzədib.

Aviqdor Liberman «Jerusalem Post» qəzetində yazır ki, «1979-cu il islam inqilabına qədər İran İsrailin regionda ən yaxın tərəfdaşlarından biri idi. Ölkələr və xalqlar arasında gözəl münasibətlər vardı».

İsrailin xarici işlər nazirinin fikrincə, İsraillə Türkiyənin münasibətlərinin korlanmasının bütün günahı Ankaradadır:

«Bizim münasibətlərdə birtərəfli dəyişiklik bizim hərəkətlərimizin nəticəsi deyil. Bu dəyişiklik daha çox Türkiyənin daxili siyasətini əks etdirir».

Libermanın məqaləsinin adı da əlamətdardır - «Biz Türkiyənin qapazaltısı olmayacağıq».

Liberman məqaləsində öz türkiyəli həmkarına münasibətləri bərpa etmək üçün səmimi dialoqa başlamağı təklif edir.

«Reuters» yazır ki, keçən mayda Qəzzanın blokadasını yarmaq üçün Türkiyənin göndərdiyi gəmilərə İsrail hücum edəndən sonra Türkiyə ilə İsrailin münasibətləri daha da korlandı. İfrat sağçı Liberman bunun səbəbini Ankaradakı islamçı hökumətdə görür.

İRAN AMİLİ

Başqa problem İranın nüvə proqramı ətrafındakı vəziyyətdir. İran İsraili yer üzündən silməklə hədələyir. Türkiyənin baş naziri Ərdoğan isə Qərbi İranla nüvə məsələsində dil tapmağa çağırır, Qərbin İrana qarşı sanksiyalarını sarsıdır, özü NATO-ya üzv ola-ola, NATO-nun regional qalxan planının əleyhinə çıxır. Bunların hamısı İsrailin maraqlarının əleyhinədir.

TÜRKİYƏNİN İRADLARI

Türkiyənin də İsrailə deməyə sözü çoxdur. Türkiyə Yaxın Şərqdəki qeyri-sabitliyin əsas səbəbini İsrailin fələstinlilərə qarşı siyasətində və İsrailin öz nüvə imkanlarını açıqlamamasında görür.

Keçən ay Türkiyə ilə İsrail arasında danışıqlar da oldu. Türkiyə tələb edir ki, 9 Türkiyə vətəndaşının ölümünə gətirən may insidentinə görə İsrail üzr istəsin və kompensasiya versin.

Liberman isə açıq bəyan etdi ki, İsrail heç vaxt üzr istəməyəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG