Gəncədə iki vakant yerə müəllim qəbulu olacaq.
Müsabiqə yanvarın 20-dək keçiriləcək.
Vakant vəzifələrin əsasən, çağırışaqədərki hərbi hazırlıq və bədən tərbiyəsi ixtisaslarına aid olacağı gözlənilir.
Gəncə şəhər Təhsil İdarəsinin kadrlarla iş üzrə məsləhətçisi Bəhrəm İmranovun verdiyi məlumata görə, Gəncədə bədən tərbiyəsi üzrə vakant yerlər olmasa da, çağırışaqədər hərbi hazırlıq ixtisası üzrə 2 boş yer var. Vakansiyalar 37 və 33 saylı orta məktəblərə aiddir.
Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı sonuncu müsabiqə 2010-cu ilin sentyabrında keçirilib. Həmin müsabiqə nəticəsində ümumtəhsil məktəblərində 227 boş müəllim yeri tutulmuşdu.