Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 13:34

-

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 23 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir.

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağılması zamanı qoyulub. «Berlin divarları»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt o taylı bu taylı azərbaycanlılar tikanlı sərhəd məftilləri söküb bir-birinə qovuşdular, o tərəfdə, bu tərəfdə tonqallar qalandı.

Elə həmin tarixdə İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verildi.

İki il ötdü, 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci il isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan dünya azərbaycanlılarının həmrəyliyi günü 31 dekabrda qeyd olunur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG