Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

«Diasporu mühüm hadisələr gözləyir»


Nazim İbrahimov
Nazim İbrahimov
«Dünya azərbaycanlılarının üçüncü qurultayı martın birinci yarısında keçiriləcək. 2011-ci ildə Azərbaycanın diaspor həyatında çox mühüm hadisələr gözləyir. Yəqin ki, Dünya Azərbaycanlıları Gənclər Birliyinin yaradılması ideyası gerçəkləşəcək».

Bunu dekabrın 30-da jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Komitə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

N. İbrahimov Metyu Brayzanın ABŞ-ın Azərbaycana səfir təyin edilməsi üçün diasporun gördüyü işlərdən də danışıb:

«Hər bir diaspordan, onların imkanlarından yüksək nəyi isə gözləmək düzgün deyil. Diaspor təşkilatın imkanı çatdığı qədər onlar ABŞ-ın Azərbaycana səfir təyin etmə məsələsində bütün müvafiq dövlət qurumları və s. müraciətlər etmişdilər. Əlbəttə, bu istəkdən yuxarı gedə bilməz. Diaspor təşkilatlardan biz normadan artıq şey gözləməməliyik».

Komitə sədri bildirdi ki, dünyada olan Azərbaycan diasporu inkişaf edir, «daha keyfiyyətli iş mərhələsinə qədəm qoyub. Yeni iş metodlarını öyrəniblər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG