Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:36

Belarus müxalifəti ittihamlarla üzləşib



Belarus hakimiyyət orqanları prezidentliyə müxalifət namizədlərini prezident seçkilərindən sonra kütləvi igtişaşlar törətməkdə ittiham edib. Qərb informasiya agentlikləri vəkillərə istinadən xəbər verir ki, yeddi müxalifət namizədindən ən azı dördü igtişaşları təşkil etməkdə suçlandırılıb.

"Associated Press" vəkillərə istinadla xəbər verir ki, yeddi namizədin hamısı ittiham olunur. Birdirilir ki, ittihamlar təsdiqlənsə, onları 15 il həbs cəzası gözləyir.

Belorus prezidenti Aleksandr Lukaşenko sonuncu seçkidə dördüncü dəfə kürsüsünü saxlauıb. Seçkinin nəticələrinə etiraz edilənlərdən 600 nəfəri həbs edilib.

Belarusda prezident seçkisindən sonra keçirilmiş etiraz aksiyasına görə 10 sutka iş alanlar bu gün azad edilir.
Azadlıq Radiosunun müxbiri bu gün 300-ə yaxın adamın azad olunacağını xəbər verir.
XS
SM
MD
LG