Zaqatala dağlarında meşə yanğını baş verib.
Bu haqda Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə İdarəsinin rəis əvəzi Hüseyn Şıxıyev məlumat verib.
Onun sözlərinə görə, yanğın rayonun Sabunçu kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 metr hündürlükdə, Cuma Hacı zirvəsində meydana gəlib.
Xəbərdə bildirilir ki, ərazi sıldırım qayalıqdan ibarət olduğundan yanğını nəzarətə götürmək mümkün deyil.
Alov 15 hektar ərazini əhatə edir.
H. Şıxıyev bildirib ki, hazırda rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yerli sakinlər yanğını söndürmək yollarını axtarır.