Bu barədə qərar Tarif Şurasının dekabrın 29-da keçirilən iclasında qəbul olunub. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, blokada şəraitində yaşayan Muxtar Respublikanın əhalisinin həyatında xüsusi rolu olan Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysi üzrə sərnişindaşıma tariflərinə yenidən baxılıb. Qəbul edilmiş qərara əsasən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə sərnişindaşıma tarifi 95 manatdan 70 manata endirilib ki, bunun da 20 manatı dövlət büdcəsi hesabına ödəniləcək.
İndiyə qədər sərnişinlər bir bilet üçün 75 manat ödəyirdilərsə 2011-ci ilin yanvarın 1-dən etibarən sərnişinlər bir bilet üçün 50 manat ödəyəcəklər.
Tarif Şurasının qərarında digər güzəştlər də nəzərdə tutulub. Belə ki, Muxtar Resbublikaya gedən 5-12 yaş arası uşaqlar, 1-ci və 2-ci qrup əlillər, o cümlədən ildə iki dəfə olmaqla tələbələr təyyarə bileti üçün 40 manat ödəyəcəklər.
Tariflərə dəyişiklik prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.