Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 22:32

Bazar ertəsi Xodorkovskiyə hökm oxunacağı gözlənilir


YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskinin həyat yoldaşı İnna ərinin bəraət qazanacağına inanmır.

İnna Xodorkovskaya bunu snob.ru saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Xodorkovski 2012-ci ilədək sözsüz həbsdə qalacaq, bundan sonra nə baş verəcəyini isə heç kim bilmir.

İnna Xodorkovskaya hesab edir ki, həyat yoldaşı baş nazir Vladimir Putin və onun ətrafındakı adamlarla şəxsi münaqişəyə görə həbs olunub.

Dekabrın 27-də Xodorkovskiyə qarşı qaldırılmış yeni ittihamla bağlı hökm çıxarılacağı gözlənilir.
Hazırda həbsdə olan Mixail Xodorkovski ilə Platon Lebedev neft oğurlamaq və pul yumaqda ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG