Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 18:37

Gəncədə QHT-lər üçün informasiya sessiyası keçirilib


QHT-lərə Dövlət Dəstəyi Şurası Gəncədə yerli QHT-lərlə layihələrin reallaşdırılması prosedurları barədə məlumatlandırma sessiyası keçirib.

Sessiyanın işinə Gəncədə, həmçinin ətraf rayonlarda fəaliyyət gostərən ictimai təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə bildirilib ki, təkcə 2010-cu il ərzində Şura QHT-lər tərəfindən təqdim olunmuş 300-dək layihəyə dəstək verib. O cümlədən Şura tərəfindən bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 52, ekoloji məsələlərlə bağlı 31 layihə maliyyələşdirilib.

2010-cu ildə Şuranın dəstəyi ilə 14 kitab çap edilib, 9 internet portalı hazırlanıb, 7 sənədli film çəkilib. Tədbirdə həmçinin bir sıra beynəlxalq təşkilatlarla QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri “Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsinin təqdimatı da oldu.

Bu yöndə QHT, bələdiyyələr, hökumət və biznes nümayəndələri arasında vətəndaş cəmiyyətinin gücləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
XS
SM
MD
LG