Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:17

10 manata Hindistan filləri...


Bakı Dövlət Sirkinin kassalarının qarşısı
Bakı Dövlət Sirkinin kassalarının qarşısında adamların narahat telefon danışıqları eşidilir. Görünür, evdə sirkə gedəcəkləri vaxtı, biletin qiymətini müəyyən etsələr də, kassalar qarşısında fikirlərini dəyişməli olurlar. Biletlərin əksəriyyəti satıldığından kimini tarix, kimini də qiymət qane etmir:

- İstədiyim yerə tapa bilmədim…

HİNDİSTAN FİLLƏRİ…

İntersirk-2 tamaşasında Rumıniya, Polşa, Rusiya, Belarus, Tanzaniyadan sirk aristlərinin hazırladığı proqram göstəriləcək. Proqramın bir özəlliyi də Hisdistan fillərinin iştirakıdır.
Bilet alıcıları da bunun fərqindədirlər:

- Sirk də bir mədəniyyətdir, uşaqları nə iləsə əyləndirməliyik, ya yox?

- Bir var uşaq fili televizorda görsün, bir də var canlı. Hansı daha yaxşıdır?

- Bu canlı tamaşa sizə neçəyə başa gəldi?

- 30 manata

«10 MANAT BİLET BAHADIR…»

Ancaq alıcılardan bəziləri fikirləşir ki, biletlər bahadır:

Biletin 10 manat olması bahadır
– Biletin 10 manat olması bahadır, uşaqlar üçün maksimum 5 manata olsaydı, yaxşı olardı.

Intersirk-2 tamaşası dekabrın 24-dən yanvarın 10-na qədər keçiriləcək. Biletlərin qiyməti 4 manatdan 10 manata qədərdir. Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov deyir ki, dünyada ən ucuz sirk biletləri 20 dollardan başlayır, Azərbaycanda isə iki qat ucuzdur.

Kassaların qarşısına qayıdırıq. Alıcı ilə kassir arasında kiçik mübahisə yaranır. Öyrənirəm ki, sakinlərdən biri 4-5 manatlıq billet almaq istəyib, amma ona yalnız 10 manatlıq billet təklif edilib:

«DƏLLALLIQ EDİRLƏR…»

- Dəllallıq edirlər. İstədikləri budur ki, 5-də, 6-da əlaltından çıxarıb satsınlar bileti. Məqsəd budur, yoxsa biletlərin hamısı yerindədir.

- Hardan bilirsiz satılmayıb?

- Bundan qabaqkı sirklərə gəlmişəm. Həmin o 6 manatlıq bileti çöldə 15 manata satıblar, amma indi vermək istəmirlər.

Bir başqa valideyn də söhbətə qoşulur:

Mahir Hümbətov
- Fakt mən dünən gəlmişdim, 4 manatlıq yox idi. İndi eşidiblər ki, siz gəlmisiz verdilər.

«TƏLƏBAT ÇOXDUR…»

Biletlərin bir günə «peyda» olması ilə bağlı Mahir Hümbətov deyir ki, Yeni il olduğuna görə xüsusilə tələbat çoxdur, ona görə məcbur oldub tamaşaları artırıblar. O, adi günlərdə tapılmayan biletlərin tamaşa günü satılmasını isə belə izah edir:

- Elə olur ki, müəssisələrdən, məktəblərdən 200-ə qədər billet qayldır və müəyyən sayda billet kassaya daxil olur.

POLİSLƏR VƏ ALVERÇİLƏR…


Mahir Hümbətovun sözlərinə görə, kassadan kənar billet satışının qarşısını almaq üçün hüquq- mühafizə orqanları cəlb edilib. Həqiqətən də kassaların qarşısında polislər gözə dəyirdi. Ancaq tində-bucaqda dayanıb xəlvətcə kassalara dogru hərəkət edən vətəndaşlara bilet təklif edən alverçilər də diqqətimizdən yayınmadı.

Həmin alverçilərdən bilet almayıb kassaya gələn alıcıların birindən nə baş verdiyini soruşduq. Onun cavabı belə oldu:

- İnanmadım ona. Bəlkə saxta bilet verirdi mənə.
XS
SM
MD
LG