Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:51

Duma strateji hücum silahları barədə müqaviləni sabah da qəbul edə bilər


Dumanın sədri Boris Qrızlov bu gün jurnalistlərə açıqlamasında deyib ki, əgər ABŞ Senatının qəbul etdiyi qətnamə əsas sənədin mətninə zidd olmasa, artıq onu sabah Rusiyanın Dövlət Duması da ratifikasiya edə bilər.

Qeyd edək ki, ABŞ Senatı strateji hücum silahlarının ixtisarıyla bağlı Rusiya ilə imzalanmış müqaviləni dünən ratifikasiya edib.

71 senator sənədin lehinə, 26-sı isə əleyhinə səs verib.

ABŞ prezidenti Barak Obama Senatın bu addımını alqışlayıbŞ bunun son 20 ildə silahlara nəzarətlə bağlı ən mühüm razılaşma olduğunu deyib.

Bu ilin aprelində imzalanmış müqavilədə tərəflərin nüvə başlıqlarını 30 faiz ixtisar etməsi nəzərdə tutulur.
XS
SM
MD
LG