Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 20:27

Müdafiə Nazirliyi ATƏT-ə müraciət edib


Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə müraciət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müraciətdə Kaspşikdən dekabrın 17-si saat 21:30 radələrində Tərtərin Borsunlu yaşayış məntəqəsinə doğru Ermənistan silahlı qüvvələri tərəfindən qrad qurğusundan reaktiv qəlpəli fuqas mərmisinin atılması faktının araşdırılması üçün səy göstərməsi xahiş olunub.

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mərmi düşən əraziyə baxış keçirmək və yerli əhalinin fikirlərini öyrənmək üçün Gürcüstanın Tbilisi şəhərində yerləşən səhra köməkçilərindən birini oraya ezam edib. Səhra köməkçisi Antal Herdiç hadisənin bütün təfərrüatları ilə tanış olub və mərminin həqiqətən erməni mövqelərindən atıldığı təkzibolunmaz faktlarla onun nəzərinə çatdırılıb.

Müdafiə Nazirliyi bildirir ki, təmas xəttində ciddi gərginliyə səbəb olmuş bu hadisədən sonra ATƏT rəsmilərinin hansı addımlar atacağını diqqətlə izləyəcək.
XS
SM
MD
LG