Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

Darvinizm və Quran əxlaqı...


Bakıda “Darvinizmin bəşəriyyətə gətirdiyi bəlalar və həll yolu-Quran əxlaqı” mövzusunda konfrans keçirilib. Konfransı Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi təşkil edib.

AzərTAcın yaydığı xəbərdə qeyd olunur ki, "tədbirin məqsədi Çarlz Darvinin təkamül nəzəriyyəsinin qaranlıq tərəflərini görmədən, həqiqətə əhəmiyyət vermədən onu müdafiə edənlərə daşıdıqları məsuliyyəti izah etmək və bu nəzəriyyənin bəşəriyyət üçün təhlükəsini çatdırmaqdır".

Tədbirdə çıxış edən birliyin sədri Ramiq Vəliyev dünyadakı alimlərin xeyli hissəsinin Ç. Darvinin insanın təkamül yolu ilə meymundan əmələ gəldiyi barədə baxışlarına şərik olmadığını qeyd etmiş və bu nəzəriyyənin dini inamsızlığı təbliğ etdiyini bildirib. Deyib ki, Darvinizmin səbəb olduğu bəlaların, zülmün, ədalətsizliyin, müharibə və qarşıdurmaların qarşısının alınmasında Qurani-Kərimin böyük əxlaqi təsirinin rolu var.

Təşkilatçılar tədbirdə təkamül nəzəriyyəsinin əsassızlığını iddia edən, canlıların təkamül keçirmədiyi və onların yaradılmasını təsdiqləyən milyonlarla il yaşı olan daşlaşmış heyvan və bitki qalıqları dəlil kimi nümayiş etdiriblər.

Tədbirdə bu mözuyla bağlı videoçarx da nümayiş etdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG