Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Belarusda hər bir partiyanın etirazda iştirakı araşdırılacaq


Belarus hakimiyyəti bildirib ki, president seçkisindən sonra Minskdə kütləvi etiraz aksiyaları keçirən partiyalar ləğv oluna bilər.

Ədliyyə naziri Qolovanov deyib ki, hər bir partiyanın həmin kütləvi iğtişaşlarda iştirak edib-etməməsi aydınlaşdırılacaq və iştirak edən psrtiyaların ləğvi məsələsi qaldırılacaq.

Seçkilərdə iştirak edən 9 müxalifət namizədindən 7-si həbsdədir.
Tutulan 600 müxalifətçiyə bu gün 15 sutkayacan həbs cəzası kəsilib.

Seçkiləri 80 faiz səs toplayan Lukaşenko udub.
BMT-nin İnsan Haqları üzrə baş komissarı Navy Pillay Belarusda seçkidən sonrakı vəziyyətdən narhatlığını bildirib. O, hakimiyyəti söz azadlığına hörmət etməyə çağırıb.
ATƏT, Avropa Birliyi, ABŞ seçkiləri tənqid edib.
XS
SM
MD
LG