Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

Belorusda müxalif və müstəqil media hakimiyyətin təzyiqi altındadır


Belorusda müxalifət təşkilatlarının saytları və müstəqil media hakimiyyətin təzyiqi altındadır.

“Xartiya-97” saytı yenilənmir, onun redaksiya heyəti isə Belorus təhlükəsizlik nazirliyinin təcridxanasında saxlanılır. Saytın redaktoru Natalya Radina bazar günü müxalifətin aksiyasında xüsusi təyinatlılar tərəfindən möhkəm döyülüb. Bir neçə saatdan sonra isə həbs olunub.

Prezidentliyə namizədlərdən biri Vladimir Neklyayevin isə saytı isə çox ləng işləyir. Neklyayev kəllə-beyin zədəsi ilə təhlükəsizlik nazirliyində saxlanılır. Onun mətbuat katibi Yulya Rimaşevskya isə 13 sutka cəza alıb.

Neklayevin seçki qərargahının rəhbəri Andrey Dmitriyev və seçki kampaniyasının fəallarından olan Aleksandr Fedut da həbs edilib.
XS
SM
MD
LG