Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 07:00

Ukrayna Azərbaycandan maye qaz qəbul edəcək terminal tikir


Ukraynada təbii maye qazın qəbulu üçün terminalın tikintisinə dair dövlət müəssisəsi yaradılıb. AzərTAc informasiya agentliyinin məlumatına görə müəssisə texniki-iqtisadi əsaslandırma və tikinti üçün sərmayədarların tapılması ilə məşğul olacaq.

Terminalın birinci hissəsinin inşasına 2013-cü ildə başlanacaq, 2015-2016-cı ildə başa çatacaq. İkinci mərhələ 2016-2018-ci illəri əhatə edəcək.

Yanacaq-Enegetika Nazirliyində hesab edirlər ki, artıq 5-6 ildən sonra terminala ildə 5 milyard kubmetr Azərbaycan qazı nəql etmək olar. Gələcəkdə bu həcmi 10-15 milyard tona çatdırmaq mümkün olacaq.

Ukrayna Azərbaycan, Şimali Afrika və Yaxın Şərq ölkələrindən maye qaz almaq niyyətindədir. Hələlik bu qazın satışına yalnız Azərbaycan hazır olduğunu bildirib.
XS
SM
MD
LG