Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Oktyabr, Cümə, Bakı vaxtı 00:14

Azərbyacanlıların üstündən 14,5 milyon dollar və 4 milyon avro pul çıxıb


Moskvada İstanbuldan gələn təyyarənin 4 sərnişininin üstündən 14,5 milyon dollar və 4 milyon avro nağd pul çıxıb.

Anadolu agentliyinin xəbərinə görə, aeroportun gömrük xidmətinin məlumatında bildirilir ki, bu məbləğ Vnukovo aeroportunda bir iranlı ilə üç azərbaycanlının çantalarından çıxıb.

Açıqlamada bildirilir ki, sözügedən pul 4 yük və 4 əl çantasında yerləşdirilibmiş. Pullar sərnişinlərin yoxlaması zamanı aşkar edilib.

Həmin sərnişinlər haqqında qaçaqmalçılıqla bağlı cinayət işi açılıb. Onlara 5 ilə qədər həbs cəzası verilə bilər.
XS
SM
MD
LG