Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 08:37

Yeni ildən qiymətlər qaldırılır?


«Dövlət qurumları 2011-ci ildən qiymətlərin artırılmasıyla bağlı Tarif Şurasına müraciət etməyiblər».

Tarif Şurasından AzadlıqRadiosuna belə deyilib:

«Bizə bu yaxınlarda belə müraciət gəlməyib. Bu istiqamətdə iş getmir. Əhalini maraqlandıran benzindi, işıqdı, qazdı, sudu - bununla bağlı bizdə müraciət və müzakirə yoxdur».

Bu günlərdə təhsil naziri Misir Mərdanov təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcəklərini bildirib. Amma Tarif Şurasından verilən məlumata görə, nazirlik bu günədək onlara müraciət göndərməyib.

Şuradan bildirirlər ki, dəmiryolunda gediş haqqının artırılması ilə bağlı müraciət gəlsə də, hələlik müzakirə edilmir. Bu məsələyə nə zaman baxılacağı da bəlli deyil.

Bəzi ekspertlər narahatdırlar ki, 2011-ci ildən enerji daşıyıcılarının qiyməti artırıla bilər. Onlar hətta bununla bağlı Tarif Şurasına müraciət edildiyini də iddia edirlər.
XS
SM
MD
LG