Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Dünən Moskvada 1000-dən çox gənc saxlanıb


Dünən Moskvada qanunsuz aksiya keçirmək istəyən 1000-dən artıq adam saxlanıb.

Radikal, millətçi gənclərdən travmatik tapanca və digər soyuq silahlar götürülüb.

Moskva ətrafında keçirilmiş reyd zamanı polis şöbələrinə 800-dən çox adam gətirilib.

Volqoqradda isə bir qrup maskalı gənc şəhərin mərkəzi meydanında yürüşə çıxaraq millətçi çüarlar səsləndiriblər.

Aksiya zamanı azı 150 nəfər saxlanıb.

Samarada isə polis bölməsinə 100-ə yaxın gənc gətirilib.

Onlar şəhərin mərkəzi parklarından birinə yığışmaq istəyirmişlər.
XS
SM
MD
LG