Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 08:19

Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib


İran hökuməti bu gündən ölkədə iqtisadi subsidiyaları kəsdiyindən ölkə paytaxtı Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib.

Belə ki, bu gündən İranda enerji daşıyıcıları və ərzaq bahalaşır.

Qeyd edək ki, İran hökuməti 2007-ci ildə yanacağa görə təlabat norması tətbiq edəndə bu ölkədə kütləvi etiraz aksiyalarına səbəb oldu.

Həmin vaxt nümayişçilər onlarla yanacaq doldurma məntəqəsi yandırdı.

Yeni sistemə görə, ay ərzində hər maşına subsidiyalaşdırılmış qiymətlə 4 dəfə bahasına 60 litr benzin veriləcək.
XS
SM
MD
LG