Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 14:06

Belarusda prezident seçkisi keçirilir

Bazar günü Belarusda prezident seçkiləri keçirilir.

Ölkə daxili və xaricdə 6 mindən çox seçki məntəqəsi açılıb.

Prezidentlik uğrunda 16 ildir ki, dövlət başçısı olan Aleksandr Lukaşenko da daxil olmaqla 10 namizəd mübarizə aparır.

Seçkinin gedişini ATƏT-dən 400 müşahidəçi izləyir.

Müxalifət indidən nəticələrin saxtalaşdırılacağını deyir.

Müxalifətdən olan namizədlər seçiciləri məntəqələr bağlanan kimi Minskin mərkəzi meydanına yığışmağa çağırıblar.

Amma hakimiyyət istənilən qanunsuz hərəkətin qarşısının amansızcasına alınacağını xəbərdarlıq edib.
XS
SM
MD
LG