Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 13:34

Obama Rusiyayla imzalanmış müqaviləni ratifikasiya etməyə çağırıb

ABŞ prezidenti Barak Obama bir daha Senatı mümkün qədər tez strateji hücum silahlarının ixtisarı ilə bağlı Rusiya ilə imzalanmış müqaviləni ratifikasiya etməyə çağırıb.

Obama radio ilə həftəlik müraciətində deyib ki, əgər bu müqavilə radifikasiya edilməsə, bu nüvə silahlarının yayılmasına qarşı mübaeizə aparan aparıcı dünya ölkəsi kimi Birləşmiş Ştatların etibarına xələl gətirəcək.

Obama həmçinin qeyd edib ki, bu ABŞ-Rusiya münasibətlərini pisləşdirəcək.

Bəzi respublikaçı senatorlar hesab edir ki, müqavilə ölkənin nüvə arsenalının təkmilləşdirilməsini əngəlləyir.
This item is part of
XS
SM
MD
LG