Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:34

Bakı aeroportunda qaçaqmal brilyant tutulub


Dövlət Gömrük Komitəsi (DGK) və Milli Təhlükəsizlik Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində Azərbaycana qaçaqmal yolu ilə brilyant qaşların gətirilməsinin qarşısı alınıb.

Bu barədə «APA»ya DGK-dan məlumat verilib.

Komitədən bildirilib ki, FZ705 saylı Dubay-Bakı aviareysi ilə Birləşmış Ərəb Əmirliklərindən Bakıya gələn Azərbaycan vətəndaşı Elvin Hüseynova məxsus çemodanlara gömrük baxışı keçirilib.

Həmin çemodanların boru şəklində olan metal tutacaqlarından 18 ədəd sellofan paketlərə qablaşdırılmış, ümumi çəkisi 360.8 qram (1804 karat) olan brilyant qaşlar aşkar edilərək götürülüb.
XS
SM
MD
LG