Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:52

Gəncədən gedənlərin sayı azalıb

Ötən il şəhərdən 788 nəfər getmişdisə, bu il bu rəqəm 641 nəfərə enib.

Gəncə şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu il Gəncədə miqrasiya saldosu +21 olub, yəni şəhərə 662 nəfər gəlib, 641 nəfər isə buranı tərk edib. Ötən ilin müvafiq dövründə saldo -91 təşkil edib. Yəni 697 nəfər şəhərə gəldiyi halda, 788 nəfər Gəncəni tərk edib.

Dekabrın 1-dək Gəncə şəhərində əhalinin sayı 316 min 383 nəfər təşkil edib. İlin əvvəlində isə bu rəqəm 314 min 60 nəfər olub.
This item is part of
XS
SM
MD
LG