Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Moldovalı jurnalist 15 il azadlıqdan məhrum edilib


Moldovalı jurnalist 15 illiyinə azadlıqdan məhrum edilib. Separatçı Dnestryanı regionun məhkəməsi Ernest Varnaneanı Kişinyova casusluqda ittiham edib.

Moldovalı jurnalist aprel ayında Tiraspolda həbs olunub, bu hadisə beynəlxalq ictimaiyyətin narahatlığı ilə qarşılanıb.

Moldovanın baş nazirinin müavini Viktor Osipov bildirib ki, qərar dünən açıqlanıb.

Bu arada həbsxanada görüntülənən jurnalist Moldovanın casusu olduğunu etiraf edib. Dostları və ailəsi belə bir etirafın təzyiq altında edildiyini bildiriblər.

Dnestryanı 90-cı illərin əvvəlində Moldovadan ayrılıb, Dağlıq Qarabağ kimi tanınmır.
XS
SM
MD
LG