Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:24

Qəzetin korrupsiya iddiası naziri istefaya məcbur etdi


"Dnes" qəzeti nazirlə işçisinin korrupsiya söhbətinin mətnini yayıb.
"Dnes" qəzeti nazirlə işçisinin korrupsiya söhbətinin mətnini yayıb.
Korrupsiyanı ört-basdır etməkdə ittiham olunan Çex Respublikasının Ətraf Mühit naziri dekabrın 15-də istefa verib.

Nazir Pavel Drobil bu ilin iyul ayında büdcə kəsirini aradan qaldırmaq və korrupsiya ilə mübarizə vədləri ilə hakimiyyətə gəlmiş yeni sağ-mərkəzçi hökumətin ilk itkisidir.

“Dnes” adlı gündəlik qəzet yazır ki, nazir ona yaxın işçilərdən birinin dövlətin ekologiya ilə bağlı fondlarından kənara pul ötürməsinə çalışıb.

Qəzet nazirlə həmin işçi arasında söhbətin mətnini yayıb. Həmin mətnə görə nazir işçidən bu nazirliyin tenderləri üzrə ayrılan pulların bir hissəsinin hakim partiyanın xeyrinə istifadə edilməsi barədə katiblikdə olan sənədləri məhv etməsini xahiş edir. Əvəzində də ona bu nazirlikdə yüksək vəzifə vəd edir.

Pavel Drobil ittihamları rədd edir. O jurnalistlərə bildirib ki, yalnız hökuməti ittihamlardan qorumaq üçün istefa verir: “Mən kiməsə iş təklifindən başqa, bir səhv etmədiyimi bilirəm. Amma medianın bu xəbərlərlə hökuməti nüfuzdan salmasının qarşısını almaq üçün istefa verirəm.”

Amma sol-mərkəzçi müxalifət partiyaları bildirir ki, Drobilin istefası bu hökuməti xilas etməyə də bilər, ittihamlar bütövlükdə bu hökumətə etimad səsverməsinə gətirib çıxara bilər.

Artıq Sosial-Demokrat partiyası gələn həftə parlamentdə hökumətə etimadsızlıqla bağlı səsvermə keçirilməsini tələb edəcəyini bəyan edib.

Baş nazir Petr Nekas ətraf mühit nazirinə inandığını bildirib. O, deyib ki, polisin iddiaları araşdırmasından sonra Pavel Drobilin vəzifəsinə dönəcəyinə əmindir. Baş nazir əlavə edib ki, o, həmkarının günahı yalnız işə yaxşı adam götürməməkdə qınaya bilər.
XS
SM
MD
LG