Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:25

Çex hökuməti istefa verib


Martın 26-da Çex Respublikası hökuməti istefa verib. İki gün əvvəl parlament hökumətə etimadsızlıq qərarı vermişdi.

Hökumətin istefası Çex Respublikasının Avropa Birliyinə sədrlik imkanlarına da təsir edə bilər. İyula qədər Birliyə bu ölkə rəhbərlik edir.

Baş nazir Mirek Topolanek öz kabinetinin istefasını prezident Vaslav Klausa təqdim edib. Prezident yeni baş nazirin kim olacağı barədə qərar verəcək.

Topolanekin üç partiyadan formalaşmış sağ-mərkəzçi kabineti isə yeni hökumət formalaşana qədər iş başında olacaq.

Əgər yeni hökuməti formalaşdırmaq cəhdi üç dəfə baş tutmasa, ölkədə vaxtından əvvəl seçki keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG