Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

BP-Azərbaycan şirkəti «Wikileaks» saytının yaydığı məlumata münasibət bildirdi


«BP Azərbaycan hökuməti ilə uğurlu və qarşılıqlı fayda gətirən tərəfdaşlıq münasibətlərində olub, indi də bu münasibətlər davam edir. Azərbaycan hökuməti özünün nəhəng neft və qaz işlənmələri layihələrinin idarə edilməsini hasilatın pay bölgüsü sazişləri əsasında BP şirkətinə etibar edib. BP şirkəti olaraq Azərbaycanda öhdəliklərimizi yerinə yetirmək üçün həm hökumətdən, həm də xalqdan davamlı dəstəyimizi alırıq».

Bunu Wikileaks saytının Azərbaycanla bağlı yaydığı yeni teleqrama münasibət bildirən BP-Azərbaycan Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.

Tamam Bayatlının sözlərinə görə, BP-Azərbaycan Şirkəti tərəfdaşı olan şirkətlərlə, o cümlədən, Dövlət Neft Şirkəti və Azərbaycan hökuməti ilə görüşür, bizneslə bağlı məsələlərin müzakirəsinə aparır. Lakin bu müzakirələrin təfərrüatları açıqlanmır: «Belə müzakirələr məxfi xarakter daşıyır, biz buna əməl edərək həmin müzakirələrin təfərrüatlarını açıqlamırıq», - Tamam Bayatlı.

Wikileaks saytı Azərbaycanla bağlı yaydığı yeni teleqram yayıb. 2006-cı il dekabrın 5-də Səfir Anne E. Derse tərəfindən göndərilmiş teleqramda iddia olunur ki, Azərbaycan qışda qaz qıt olan vaxt BP-nin onu «yumşaq şəkildə şantaj» etdiyini deyib.

«Prezident Əliyev dekabrın 5-də səfirə dedi ki, dekabrın 8-də Tbilisidə enerji nazirlərinin üçtərəfli görüşündən gözləntisi budur ki, Türkiyənin Gürcüstana qışda qaz verib-verməyəcəyinə aydınlıq gətirilsin.

Onun sözlərinə görə, Azərbaycan dekabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə, üstəgəl BP və Statoil-un görüşünü təşkil edəcək. Əliyev BP-ni kommersiya məsələlərini mövcud qaz problemlərinə bağlamaqda suçlayıb. Prezident deyib ki, Rusiya Baş Naziri Fradkovun Bakıya səfəri zamanı Azərbaycanın Rusiya ilə qaz danışıqlarında heç nə dəyişməyib.

«Əliyev deyib ki, BP Azərbaycana daxili istehlak üçün Azəri-Çıraq-Günəşli yatağından daha çox səmt qazı verə bilərdi. Ancaq bu sahədə əməkdaşlığa görə ACG-də daha dərin qazı çıxarmaq üçün PSA sazişini genişləndirmək arzusunu dilə gətirib».

Wikileaks saytı Azərbaycanla bağlı yaydığı yeni teleqramda belə qeyd olunur.
XS
SM
MD
LG