Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə «Pedoqogika» nəşriyyatının direktoru, Riyaziyyat-fəlsəfə doktoru Əlövsət Osmanlıya qarşı iş üzrə hazırlıq iclası təxirə salınıb. Səbəb onu məhkəməyə vermiş Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinin və nümayəndələrinin hazırlıq iclasında iştirak etməməsi olub. Hakim hazırlıq iclasını dekabrın 20-nə təyin edib.
Qiymətləndirmə Şurasının üzvləri bu ilin əvvəlində Yasamal rayon Məhkəməsində Əlövsət Osmanlıya qarşı iddia qaldırıb. İddiaya səbəb Əlövsət Osmanlının «Azadlıq» qəzetində «Mərdanovun qaragüruhçuları» başlıqlı məqaləsi olub. Məqalədə ölkədə dərc olunan dərsliklər və təhsil naziri Misir Mərdanov tənqid edilib.
İddiaçılar Əlövsət Osmanlının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb etsələr də məhkəmə iddianı rədd edib.
İddiaçılar məhkəmə qərarından apelyasiya şikayəti veriblər.
Təhsil ekspertini məhkəməyə verənlər arasında Milli Elmlər Akademiyasının müxbir üzvləri ilə yanaşı iki millət vəkili də var.