Bu müraciəti 7 noyabr parlament seçkisində namizəd olmuş siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri dekabrın 14-də keçirdikləri forumda Avropa Şurasına ünvanlayıblar.
Müraciətdə seçkinin saxtalaşdırıldığı vurğulanır, Avropa Şurasına demokratiyanın taleyinə biganə qalmamaq çağırışı edilir.
Həmçinin qurumdan öhdəliklərini Azərbaycan hökümətinin yadına salması və bu işdə prinsipial mövqe tutulması tələb olunur.
Müraciət yanvar ayında 7 noyabr seçkisınin nəticələrini müzakirəyə çıxaracaq AŞPA deputatlarına çatdırılacaq.
Forumda Müsavat, AXCP, KXCP, AMİP və parlamentin legitimliyini tanımayan digər partiyaların rəhbərləri iştirak ediblər.
Keçmiş deputat Pənah Hüseyn bu forumun Xalq Məclisi, İctimai Palata, yaxud Senat adlandırılmasını təklif edib. Təkliflərdən biri də bu olub ki, forumun bazasında alternativ parlament təşkil oluna, hətta alternativ hökümət strukturları yaradıla bilər.
Dekabrın sonuna kimi forumun növbəti toplantısı keçiriləcək.