Dekabrın 14-də Londonda yenidən WikiLeaks saytının yaradıcısı Culian Essanjın işinə baxılacaq. Vəkillər hakimi inandırmağa çalışacaq ki, Essanjı sərbəst buraxsın. O, İsveçdə zorlamada günahlandırılır.
Vəkili «Əl-Cəzirə» televiziyasına müsahibəsində bildirib ki, onda Essanjın ekstradisiyası barədə ABŞ-ın sənəd hazırlaması haqda məlumat var.
WikiLeaks saytı məxfi məlumatların dərc edilməsi ilə məşğul olur. Sayt Əfqanıstan və İraq hərbi əməliyyatları barədə ifşaedici materiallar dərc edib.
ABŞ dəfələrlə WikiLeaks-in fəaliyyətinə etiraz edib, ancaq rəsmən ittiham irəli sürülməyib.