Dekabrın 11-də “Kitab Klubu”nda gənc yazar Əsəd Qaraqaplanın “XİLASroMAN” kitabının təqdimat mərasimi baş tutdu.
"Əsərin baş qəhrəmanı MEN ziddiyyətlərin burulğanına düşür. Ailəsindən, iş yerindən, sevgilisindən, hətta kirayə qaldığı otaqdan da qaçır, uzaqlaşır".
Bunu bir müddət öncə "Oxu zalı"na müsahibəsində yazıçı özü demişdi:
"Ərizə yazmaq istəyənədə bizə nümunə verirlər.
Bu da mənim insanın xilası üzrə nümunəm, göstərdiyim yoldur.
Mən hökm vermirəm ki, xilas yolu məhz budur. Romanda insanın xilası ilə bağlı xeyli ipucları var.
Əsəri oxuyan insan öz içinə baxmağı, xilas yolu fikirləşməyi öyrənəcək.
Əsərdə belə bir cümlə var – “Əsl özgürlük insanın öz içindəki dərinliyə yuvarlanıb ölüm qorxusunu itirdiyi an başlayır”.
Məncə, ölüm qorxusu ilə yaşayan insan heç vaxt özgür ola bilməz".
Kitabın təqdimat mərasiminə yazarın qələm yoldaşları toplaşıb. Tədbirə qatılan gənc yazar Ayxanın "Oxu zalı"na göndərdiyi məlumatdan:
İlk söz alan yazıçı Xanəmir deyib:
- Mən Əsədin romanlarını qabaqcadan oxuyuram. Zəif, güclü olmasına baxmayaraq Əsəd bizi fədakarlığına görə sevindirir.
İndi də Əsədin yeni romanı məndə çox gözəl duyğular oyatdı. Əsəd həm də gözəl şeirlər yazır.
Mən belə hesab edirəm ki, bu romanlar Əsədin şeirlərinin davamıdır.
Cəlil Cavanşır:
- Roman çap olunmamışdan əvvəl oxumuşam. Kiməsə görə zəif görünə bilər. Amma bu bir cəhd olduğundan gərək ki, Əsədi təbrik edək.
Əsədin cəsarətli olması ədəbiyyatımız üçün gözəl bir addımdır.
Rafiq Tağı:
- Müəlliflər ac-yalavac roman yazır. Bu maraqlıdır. Ədəbiyyatımızın müsbət istiqamətdə irəliləməsində mühüm rol oynayır.
Əsədin romanlarını da bu baxımdan qiymətləndirmək lazımdır.
Gəncin romanlarında “insan cəmiyyətdə necə hərəkət etməlidir?” sualı çox araşdırılır. Əsəd bu sualla öz çərçivəsində cavab verməyə çalışır.
Bu, çox gözəl addımdır. Mənim üçün dinamizmi olmayan müəllif müəllif deyil.
Salam Sarvan:
- Əsədin ədəbiyyatla bağlı olan münasibəti mənim gözümün qabağındadır.
Biz bir yerdə işlədiyimizdən mən müşahidə etmişəm ki, Əsəd yazılarına həddən artıq enerji sərf edir.
Düşünürəm ki, Əsəd hələ bizim oxumaq istədiyimiz romanı yazmayıb. Ancaq inanıram ki, o nə vaxtsa belə bir roman yazıb bizi sevindirəcək.
Təqdimat mərasiminə Aqşin Yenisey, Zahid Sarıtorpaq, Kənan Hacı, Fərhad Amur, Mövlud Mövlud, Alpay Azər, Məcid Həsənli, Şahlar Ruhi, Səxavət Sahil, Sərraf Balaxan, İradə Aytel, Qurban Yaquboğlu və Ayxan da qatılıb.