Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:36

Sülh mükafatı Lyu Tsyaboya universal insan haqlarına görə verilib


Nobel sülh mükafatı çinli dissident Lyu Tsyaboya universal insan haqları əsasında verilib.

Bunu Nobel Komitəsinin sədri Torbyörn Yaqland bu gün Oslada keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, universal haqlar insan haqları ilə bağlı beynəlxalq deklarasiyada ifadə olunub və bu qərb dəyəri, qərb standartı deyil.

Qeyd edək ki, cümə günü Osloda Nobel sülh mükafatının təqdimat mərasimi olacaq.

Çinin hakim dairələri hazırda həbsdə olan dissident Lyu Tsyabonu mərasimə buraxmayıb.
Həmçinin 18 ölkə mərasimə qatılmayacaq.
XS
SM
MD
LG