Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:41

Yağıntı olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 7-də hava buludlu olacaq, arabir açılacaq. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Dekabrın 8-də hava buludlu olacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.

Dekabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də, əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-17, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Dekabrın 8-9-da dağlıq ərazilərdə sulu qar yağacaq. Qərb küləyi arabir saniyədə 5-10 metrədək güclənəcək. Gecə 4-8, gündüz 12-15, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə isti olacaq.
XS
SM
MD
LG