Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 08:45

Məhərrəmlik başlayır


Bakıda AŞura mərasimi, 30 Yanvar 2007-ci il
Dekabrın 7-dən Məhərrəmlik ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı məlumat yayıb. QMİ-nin mətbuat xidmətindən verilən məlumatda Məhərrəmlik ayı dekabrın 7-nə, Aşura günü isə dekabrın 16-na təsadüf edir.

Qurumun yaydığı məlumatda qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

Şərhlər (66)

Bu forum dayandırılıb
XS
SM
MD
LG