Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:39

Alim Rəşid Əliyev baş prokurorluğa müraciət edib


İki ilə yaxın İranda həbsdə saxlanılan azərbaycanlı alim Rəşid Əliyev təhlükəsizliyi ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Alimin AzadlıqRadiosuna verdiyi məlumata görə, o, həbsdən buraxılıb Azərbaycana gələndən sonra İranın Azərbaycandakı səfiri onun yenidən İrana təhvil verilə biləcəyini deyib.

“Mənim vəkilim Aslan İsmayılov təhlükəsizliyimlə bağlı baş prokurorluğa müraciət edib. İki il İranda həbsdə zülm çəkməyim azmış kimi indi də öz ölkəmdə stress altında yaşayıram. Mən çox narahatam, ailəm, uşaqlarım var”.

Rəşid Əliyevin sözlərinə görə, səfirlik həm də onu Azərbaycanın xeyrinə casusluqda ittiham edir. Baş Prokurorluğa edilən müraciətdə həmin ittihamların da yer aldığını deyən alim məsələnin məhkəmə yolu ilə araşdırılmasını istəyir.

“Əgər İran tərəfdə mənim casusluğumla bağlı hər hansı məlumat varsa, səfirlik təqdim etsin məhkəməyə. Mən və vəkilim istəyirik ki, bütün bu məsələlər hüquqi müstəvidə həll edilsin”.

Həbsdən buraxılandan sonra Rəşid Əliyevin açıqlamalarına münasibət bildirən İranın Azərbaycandakı səfiri onun həqiqətləri təhrif etdiyini və İran qanunlarına əsasən casusluqda ittiham olunaraq həbs edildiyini bildirmişdi.

Bundan başqa səfir həm də qeyd eləmişdi ki, Rəşid Əliyevin işi İrandakı məhkəmədə hələ bitməyib. Məhz elə bu məsələ Rəşid Əliyevi narahat edir. İran tərəfi alimin sənədlərini də hələ özünə qaytarmayıb.

İranın Azərbaycandakı səfirliyində hesab edirlər ki, Rəşid Əliyevin baş prokurorluğa müraciət etməsi onun öz hüququdur və səfirlik bu məsələyə hər hansı şərh vermək istəmir. Qaldı ki, səfirin avqust ayında Rəşid Əliyevin casusluq ittihamı ilə həbs edilməsi barədə dediklərinə səfirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna deyiblər ki, səfir yenə də həmin fikirdədir.

Rəşid Əliyev 2006-cı ildə İranın Semnan şəhərindəki «Sazan Electronics Industry company»yə 2 illik elmi fəaliyyət üçün dəvət edilib. Həmin vaxt Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunda mühəndis-fizik olaraq çalışan Rəşid Əliyev BDU-nun rektoru Abel Məhərrəmovun razılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə İrana gedib.

Müqavilə müddəti bitəndən Azərbaycana dönən Rəşid Əliyevi «Sazan Electronics Industry company» nin rəhbərliyi 2008-ci ildə onu yenidən İrana dəvət edib. 2008-ci il oktyabrın 5-də İran gedib azərbaycanlı alim bir gün sonra viza rejimini pozma ittihamı ilə həbs edilib. O, 2010-cu il avqustun 11-də azadlığa buraxılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG