Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:13

Gürcüstanda 2 manata satılan qoyun əti Bakıda necə 7 manat olur?


Qoyun sürüsü
Gözlə
Embed

No media source currently available

0:00 0:00:00 0:00

Gürcüstanda qoyun sürüsünün ucu-bucağı görünmürYükləyib: Göndərdi: Tbilisidən Rustem

Azərbaycanlı sahibkar Gürcüstanda kilosunu təxminən 2 manata aldığı qoyun ətini Bakı bazarına 7 manatdan aşağı gətirib çıxara bilmir. Çünki, Azərbaycan gömrüyündə və yollarında çəkdiyi xərc Gürcüstanda ətə verdiyi puldan iki-üç dəfə yuxarı olur. Necə?

BİR QOYUNA 40 DOLLAR RÜŞVƏT?

Sahibkar, “Ümid-AQRO” ASC-nin sədri Əlyar Bədəlov deyir ki, bu il noyabrın 22-də Gürcüstandan Azərbaycana heyvan gətirərəkən məni sərhəddən içəri – Azərbaycana buraxmadılar. Bildirdiyinə görə, Balakən rayonu ərazisində Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində “Broker” MMC-nin əməkdaşları ondan gətirdiyi hər qoyuna görə əlavə 40 dollar pul tələb ediblər.

Əlyar Bədəlovla eyni vaxtda Gürcüstandan Azərbaycana mal-qara gətirən digər sahibkar Mahmud Tağıyev də AzadlıqRadiosuna deyir ki, iribuynuzlu mal-qara gətirən yük maşınlarının da hər birinə 6500 - 7000 manat tələb edilir.

Mahmud Tağıyev deyir ki, prezidentə, Nazirlər Kabinetinə, Dövlət Gömrük Komitəsinə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına və Milli Təhlükəsizlik Nazirliyinə müraciətlər göndərərək kömək istəyib:

- İstəyirik ki, bizə icazə versinlər bu malları gətirək Azərbaycana. Azərbaycanda ətin bahalaşması belə hallardan başlayır. Gürcüstanda qoyun ətinin kilosu 2 dollar 28 sentdir.


BROKER TƏKZİB EDİR


Mahmud Tağıyev iddia edir ki, Gürcüstandan mal-qara gətirmək “Broker” MMC-nin sədri Əbülfəz Məlikov adlı brokerin monopoliyasındadır və o imkan vermir ki, başqa sahibkar Gürcüstandan Azərbaycana mal gətirsin:

- Sərhəddə dövlətin yox, o şirkətin, o brokerin maraqlarını qoruyurlar. Ondan başqa heç bir sahibkar Azərbaycana mal gətirə bilməz.

Adı çəkilən “Broker” MMC-dən Əbülfəz Məlikovun köməkçisi olduğunu bildirən şəxs isə AzadliqRadiosuna bildirib ki, bu ittihamlar əsassızdır:

- Yox, belə bir şey ola bilməz, bunlar səhv məlumatdır.

YENƏ DƏ MONOPOLİYA...

Dövlət Gömrük Komitəsinin sabiq sədri İbrahim Vəliyev isə deyir ki, nəinki brokerin, ümumiyyətlə, heç kimin dövlət rüsumundan əlavə sahibkardan pul almağa ixtiyarı yoxdur. O problemin həlli ilə bağlı sahibkarlara iki yol təklif edir:

- Problemin həlli ilə bağlı iki yol var. Birincisi, yuxarı instansiyalara, ikincisi isə məhkəmələrə müraciət.

İbrahim Vəliyev deyir ki, sahibkarların üzləşdiyi bu vəziyyət monopoliya ilə bağlıdır. Onun sözlərinə görə, sahibkarları bu yoldan çəkindirmək, kənar adamları öz sahələrinə buraxmamaq üçün belə süründürməçi vasitələrdən istifadə edirlər. Yəni, sahibkara birbaşa deyilmir ki, mal gətirməsin, elə bir vəziyyət yaradılır ki, sahibkara xaricdən mal gətirmək əlverişli olmasın.

Sabiq komitə rəhbərinə görə, elə Azərbaycanda ətin və digər ərzaq mallarının günbəgün bahalaşması bu kimi amillərlə bağlıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG