Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:54

Əfqanıstanda 7 milyondan çox adamı aclıq gözləyir


Əfqan uşaqları
Əfqan uşaqları
BMT dünya ölkələrini Əfqanıstana əlavə 650 milyon dollar hümanitar yardım ayırmağa çağırıb.

Təşkilatın fövqəladə hallar üzrə idarəsinin nümayəndəsi Ketrin Breqq bildirib ki, bu yardım humanizm və neytrallıq əsasında ayrılmalı və pis şəraitdə yaşayan insanlara çatdırılmalıdır.

BMT-nin məılumatına görə, Əfqanıstanda 7 milyondan artıq adamı aclıq gözləyir.

Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yaxınlarda Əfqanıstanda humanitar vəziyyətin pisləşdiyini xəbərdarlıq edib.

Bir sıra beynəlxalq təşkilatlar Əfqanıstanın hakim dairələrini ölkəyə edilən yardımlardan düzgün istifadə etməməkdə günahlandırırlar.
XS
SM
MD
LG