Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 13:37

Azərbaycan Özbəkistanla hərbi əməkdaşlıq planı imzalayacaq



Noyabrın 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkəndə rəsmi səfərə yola düşüb.

Azərbaycanın müdafiə nazirliyinin mətbuat xidməti məlumat verir ki, səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır.

Səfər zamanı ölkələr arasında hərbi əməkdaşlığın gedişatı və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.
XS
SM
MD
LG