Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:58

Cənubi Koreyanın müdafiə naziri istefa verib


Cənubi Koreyanın müdafiə naziri Kim Te Yonq Yonpyon adasında baş vermiş silahlı insidentə görə bu gün istefa verib və prezident istefanı qəbul edib.

Qeyd edək ki, ötən şərşənbə axşamı Şimali Koreyanın adanı atəşə tutuması nəticəsində 4 nəfər ölüb, 18 adamsa yaralanıb.

Müdafiə naziri hələ bu ilin yazında, Şimali Koreyanın Sarı dənizdə Cənubi Koreya gəmisini batırmasından sonra istefa vermişdi, amma prezident Li Myun Bak həmin vaxt onun istefasını qəbul etməmişdi.
XS
SM
MD
LG