Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:13

Zəvvarların qəzaya uğramasının səbəbi məlum oldu


Azərbaycanlı zəvvarları gətirən avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğramasının səbəbləri məlum olub.

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov «APA»ya bildirib ki, hadisəyə yağmurlu hava şəraitində sürücünün idarəetməni itirməsi səbəb olub. Diplomat bu səbəbdən hadisə ilə bağlı cinayət işinin başlanmayacağını deyib.

Hazırda hadisə yerinə yollandığını, təxminən bir saat sonra Sivasda olacağını deyən səfir qəzada ölən və yaralananların dəqiq sayını da açıqlayıb: «Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, 29 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağırdır».

XS
SM
MD
LG