Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Milli Kitab Mükafatı Müsabiqəsi noyabrın 25-də başlanır


Nigar Köçərli
Nigar Köçərli
Noyabrın 25-də Milli Kitab Mükafatı Müsabiqəsi - 2010 başlayır.

Xəbəri Azadlıq Radiosuna Milli Kitab Mükafatı Müsabiqəsinin təşkilatçılarından “Əli və Nino” Kitab Evinin başçısı Nigar Köçərli verib.

Onun sözlərinə görə, açılış mərasimi Bakı Atatürk Mərkəzində keçiriləcək.

Ötən dəfə olduğu kimi, bu dəfə də Mədəniyyət və Turizm Nazirliyi müsabiqəyə dəstək verəcək.

Yalnız nəsr əsərləri üzrə keçirilən müsabiqə 7 ay davam edəcək. Müsabiqəyə təqdim olunan əsərlərin həcmi 40 min işarədən az olmamalıdır.

Əsərlər yanvarın 10-una kimi qəbul olunacaq.

Bundan sonra ekspertlər şurası öz işinə başlayacaq.

Uzun siyahı martın 20-si, qısa siyahı martın 27-si açıqlanacaq. Qaliblərin adları mayın 31-i elan olunacaq.

Birinci yerin qalibi 3000 AZN, ikinci yerin qalibi 2000 AZN, üçüncü yerin qalibi isə 1000 AZN ilə mükafatlandırılacaq.

Mükafatın baş sponsoru Bakcell mobil rabitə şirkəti, sponsorları isə Unibank və “Ali və Nino” Nəşriyyat evidir.

Ötən il ciddi müzakirələrə səbəb olan münsiflər heyətinin tərkibində də dəyişikliklər ediləcək. Nigar Köçərli deyir ki, münsiflər heyətinə maraqlı similar qatılacaq.

Builki müsabiqənin yeniliyi də var. Nominasiyalar sırasında “İngilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə” nominasiyası da əlavə edilib.

Amerika səfirliyi qalibi 1000 manatla mükafatlandıracaq.

2009-cu ildə təsis edilən mükafatın ilk qalibi gənc yazar Elxan Qaraqan olmuşdu ("A" romanı ilə).

Noyabrın 25-də saat 15:00-da Atatürk Mərkəzində (Tərlan Əliyarbəyov küçəsi, 5) Milli Kitab Mükafatı müsabiqəsi -2010-la bağlı mətbuat konfransı keçiriləcək.

Tədbirdə bu il nəzərdə tutulan yeniliklər, məqsəd və məramlar, eləcə də müəlliflərin müraciət qaydaları ilə bağlı ətraflı məlumat veriləcək

Oxu zalı

Həmçinin oxu
Milli Kitab Müsabiqəsində bu il hansı yeniliklər olacaq?

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG